COVID-19 pasportu olmayanlar məhkumlarla uzunmüddətli görüşə buraxılmır 25 Avqust 2021 11:08 Xəbərlər Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə yenidən icazə verilir. Maide.Az Modern.az-a istinadla xəbər verir ki, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur. Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVID-19 pasportu ilə icazə verilir. Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə biləcəklər. Müvafiq sənədi olmayanlar isə uzunmüddətli görüşə buraxılmır. Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı. Məhkumların cəzaçəkmə müəssisələrində ailələri ilə uzunmüddətli görüşmək üçün COVID-19-pasportunun tələb olunub-olunmaması ilə bağlı Oxu.Az Ədliyyə Nazirliyi Penitensiar xidmətinin şöbə rəisi Mehman Sadıqovla əlaqə saxlayıb. O qeyd edib ki, cəzaçəkmə müəssisələrində görüşə icazə Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qaydalara uyğun olaraq təşkil edilir. Teqlər : #COVID19,#pasportu,#olmayanlar,#məhkumlarla,#uzunmüddətli,#görüşə,#buraxılmır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı Çin vaksini vurulanları Ümrə ziyarətinə buraxmayacaq Nərimanov rayonunun bir küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq