Cənubi Afrikada İmam Hüseyn (ə) və Kərbəla hadisəsi haqqında şeir yarışması keçiriləcək 15 Avqust 2020 12:33 Xəbərlər İmam Hüseyn (ə) və Kərbəla hadisəsi haqqında ən yaxşı şeir yarışması keçiriləcək. Maide.Az “ABNA”a istinadla xəbər verir ki, Cənubi Afrika İslam Mərkəzi tərəfindən “ilin böyük şeir mükafatı” adı altında keçirəcək yarışma Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində təşkil olunacaq. Yarışda iştirak etmək üçün şeirlər çap olunmamış, audio və video yayımlanmamış olmalıdır. Şeirin bütün meyarlarına sahib olmaldır. Şeirlər fars və ingilis dilində yazılmalıdır. Yarışa göndərilmiş yüz əsər görkəmli əsərlər kimi seçiləcək. 100 şeir kitab formasında çap olunacaq. Şeirlər oktyabr ayının 20-dək qeyd olunan telegram kanallarına göndərilməlidir. Fars dilində: @Jayezai20 İngilis dilində: @GrandPoetryAward Qeyd edək ki, yarışma qalibləri 10 min avro pul mükafatı, Kərbəla ziyarəti, və digər dəyərli mükafatlar təqdim olunacaq. Mükafatlar qeyri-hökumət təşkilatları və xeyriyyəçilər tərəfindən təşkil ediləcək. Teqlər : #Cənubi,#Afrikada,#İmam,#Hüseyn,#(ə),#və,#Kərbəla,#hadisəsi,#haqqında,#şeir,#yarışması,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Qanun' nəşriyyatında polis reydi Hindistanda torpaq sürüşmələrində ölənlərin sayı 50-ni ötüb