Cəsur Fələstin qadınları sionistlərin işğalına qarşı ayağa qalxır

Son günlər sionistlərin cinayətlərinin artması nəticəsində işğal olunmuş Fələstin torpaqlarında gərginliyin artması fonunda hər gün daha çox sayda fələstinli qadınlar qəsbkar rejimə qarşı qiyam edirlər.
Maide.az  Press TV-yə  istinadən xəbər verir ki, fələstinli qadınlar işğalçı sionist rejimi qüvvələrinin atdığı rezin güllələr, gözyaşardıcı qazlar, keyidici qumbaralar və hətta ölümcül güllələr qarşısında dik durur və ön cəbhədə vuruşan kişilərə qoşulublar.
Onlar cinayətkarlar tərəfindən həbs olunmaqdan qorxmayaraq işğalçılarla mübarizə aparırlar.
 
Onlar eləcədə öz ana torpaqlarının azad edilməsi uğrunda çalışarkən itkilər verirlər.
Bir hamilə qadın öz üç yaşlı qızı ilə birlikdə şənbə günü Qəzza zolağında sionistlərin bombardmanları altında həlak olub və bir fələstinli qadın da ötən həftənin çərşənbə günü güllələnib.
 
 
Fələstinli bir şagird qız France-Presse Agentliyi ilə söhbətində bildirib: Biz cəmiyyətin yarısını təşkil edirik. Bizim öz ölkəmizi müdafiə etməyə haqqımız var.
 
Başqa bir fələstinli gənc deyib: Əgər hamımız qorxsaq, daha heç kəs özünü ölkə üçün fəda etməyəcək.
 
Saxlanılma və həbs edilmə, gənc fələstinli qadınları təhdid edən ciddi təhlükə sayılır.
 
Fələstinli Məhbuslar Cəmiyyətinin bildirdiyinə görə, sionist rejimi hal-hazırda 25 fələstinli qadını əsirlikdə saxlayır və onlardan 15 nəfəri son bir ayda həbs olunanlardır.
 
Fələstinli qadınlar İsrail həbsxanalarında onlarla necə rəftar olunacaqlarından qorxmayaraq deyirlər ki sionistlərin işğalına   son qoymaq istəyirlər. /
 
 

 

Google+ WhatsApp ok.ru