Cərimələri ödəmək asanlaşır

Vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər. Eləcə də Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini “ASAN ödəniş” sistemi çərçivəsində terminallar vasitəsilə ödəmək mümkün olacaq.
 
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Məlumatda qeyd olunur ki, bu cür terminallar Bakı “ASAN xidmət” mərkəzlərində yaradılıb.
 
Qeyd edək ki, “ASAN ödəniş” terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir.

Google+ WhatsApp ok.ru