Cəbhə bölgəsinin zabiti: `Erməni hərbçilər Azərbaycan tərəfinə atəşin kəsilməsi barədə yalvarırlar` 08 Avqust 2014 01:00 Hərb "Erməni hərbçilər Azərbaycan tərəfinə atəşin kəsilməsi barədə yalvarırlar". Bunu Trend-in cəbhə bölgəsinə ezam olunan əməkdaşına cəbhənin Ağdam istiqamətindəki hərbi hissələrdən birinin zabiti deyib. Onun sözlərinə görə, son günlər erməni tərəfinin təşvişi müşahidə olunur: "Erməni hərbçilər Azərbaycan tərəfinə rus dilində səslənərək "xahiş edirik, atəşi kəsin" deyə yalvarırlar". Zabit bildirib ki, atışma əsasən gecə saatlarında - saat 1:00-6:00 arasında olur: "Düşmənin bütün hücum və təxribatlarının qarşısı alınır. Düşmən tərəfi böyük itki versə də, onları gizlədir, düşmən tərəfində Azərbaycan hərbçiləri tərəfindən vurulmuş texnikalar müşahidə olunur". Digər gizir və zabitlər bildiriblər ki, onlarda ruh yüksəkliyi var, döyüş əzmindədirlər və Ali Baş Komandanın əmrini gözləyirlər. Onların sözlərinə görə, düşmən o qədər qorxuya düşüb ki, güllələri kor-təbii atırlar. Teqlər : #Cəbhə bölgəsinin zabiti: `Erməni hərbçilər Azərbaycan tərəfinə atəşin kəsilməsi barədə yalvarırlar`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `O erməni gədəsinin kameralar qarşısında...` Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xərədarlıq etdi
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'