Bu surəni oxuyan Allah yolunda qanına boyanmış şəxs kimidir 02 İyul 2020 12:30 Quran və təfsir “Qədr“ surəsi Məkkədə nazil olmuş və 5 ayədən ibarətdir. “Qədr“ surəsini oxumağın fəziləti ilə bağlı Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur: مَن قَرَأَها اُعطِىَ مِنَ الأجرِ کَمَن صامَ رَمَضانَ وَأحیا لَیلَةَ القَدرِ “Hər kim onu (“Qədr“ surəsini) oxusa, Ramazan ayında oruc tutan və “Qədr“ gecəsi əhya saxlayan şəxs kimidir.” (“Məcməul-bəyan“, c.10, səh.516.) İmam Baqir (ə) də buyurur: مَن قَرَأَ اِنّا أنزَلناهُ بِجَهر کانَ کَشاهِرِ سَیفِهِ فی سَبیلِ اللّهِ وَمَن قَرَأَها سِرّاً کانَ کَالمُتَشَحِّطِ بِدَمِهِ فی سَبِیلِ اللّهِ “Hər kim “İnnə ənzəlnəhu“ surəsini ucadan oxusa, Allah yolunda qılınc çalan (cihad edən) şəxs kimidir və hər kim onu astadan oxusa, Allah yolunda qanına boyanmış şəxs kimidir.” (“Məcməul-bəyan“, c.10, səh.516.) Aydındır ki, bu qədər fəzilət onu oxuyub dərk edən və onun möhtəvasını həyatda gerçəkləşdirənə aiddir. Maide.Az Teqlər : #Qədr surəsi,#şəhid , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qiyamətdə üzüağ və üzüqara olanlar Düşmənlərinizi tanıyın və ayıq olun!