Bu rayonlarda qaz təchizatında məhdudiyyət var

Bu rayonlarda qaz təchizatında məhdudiyyət var

Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
 
Maide.Az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu gün saat 10:00-dan 16:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. /

Google+ WhatsApp ok.ru