Bu il ilk sınaq imtahanın vaxtı açıqlandı

Bu il ilk sınaq imtahanın vaxtı açıqlandı

-- Respublikanın 18 şəhər və rayonunda

Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də keçiriləcək sınaq imtahanında iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib.
 
Maide.Az bildirir ki, DİM-dən  verilən məlumata görə, respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.
 
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq. 
 
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
 
İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408 nəzarətçi-müəllim ayrılıb.
 

Google+ WhatsApp ok.ru