Bu il Halkalıda Aşura fərqli olacaq- Foto

Bu il Halkalıda Aşura fərqli olacaq

İslamazeri.az saytı xəbər verir ki, İstanbulda azərilərin sıx yaşadığı Halkalı bölbəsində bu il Aşura mərasimi fərqli özəlliklərlə qeyd olunacaq. Bu barədə "Cəfərilər" sahə tərtibatçısı Hasan Duran saytımıza məlumat verib.
"Hazırlıqlara məhərrəmlik girmədən 1 həftə öncə başlamışıq. Küçə və ara məhəllələr boyunca asılan qara bayraqlarla Zeynəbiyyə prospektinə Məhərrəm abu-havası verməyə çalışdıq. Bu il də gözəl bir səhnəcik hazırlanıb.
Qeyd edim ki, ssenarilər ildən-ilə həcm və mükəmməllik baxımından yenilənir  və inkişaf edir. Bu il teatr səhnəmizin ssenarisini iranlı bir mütəxəssis hazırlayıb.
Uşaqlardan ibarət "Əli-Əsğər dəstəsi" də var ki, onlar da həmçinin Aşura günündə sinəzən vuracaqlar. Onları hazırlayan insanlar da Məhərrəmlik girməzdən 2 həftə əvvəl ayrılıb və o zamandan da hazırlıqlar başlayıb." /

Google+ WhatsApp ok.ru