Bugünkü Ay tutulmasına görə ayat namazı vacib deyil- YENİLƏNİB

Bugünkü Ay tutulmasına görə ayat namazı vacib deyil- YENİLƏNİB

.

Öncədən məlumat verdiyimiz kimi, bu gün - Yanvarın 10-dan 11-nə keçən gecə aytutulma baş verəcək.

 
Lakin bu aytutulma yarımkölgəli olduğundan, gözlə görmək mümkün olmayacaq.
 
Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisi nəzdində ayın müşahidə edilməsi üzrə “ İstihlal” idarəsi bugünkü ay tutulma ilə bağlı açıqlama verib:
 
"Aytutulma yarımkölgəli olduqda, Ayat namazı qılmaq vacib deyil."
 
****
Bu ilin 1-ci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək.
 
Maide.Az xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu, yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq.
 
Maksimum tutulma saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Belə ki, Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
 
 
Ayat namazı necə qılınır?  
 
Ayat namazı iki rükətdir və hər bir rükətdə bеş rükuiki səcdə vardır.
 
Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır:
 
Günəş və ayın tutulması, hətta bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı, sarı və ümumiyyətlə, adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və günəş tutulması istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamın qorxusuna səbəb olarsa, o zaman bu hadisələr ayat namazının vacib olmasına səbəb olmaz.
 
Namazın qılınma qaydası belədir: 
 
1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rükətə başlanılır. İkinci rükət də birinci rükət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam deyilir.
 
2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür:
 
1. “Bismillahir rəhmanir rəhim, Qul huvəllahu əhəd”;
2. “Əllahus-saməd”; 
3. “Ləm yəlid"; 
4. "Və ləm yuləd”;
5. “Və ləm yəkul-ləhu kufuvən əhəd”. 
 
Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rükətə başlanılır. İkinci rükət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam deyilir.
 
Ayat namazının bir rükətini birinci, ikinci rükətini o biri qayda ilə qılmaq olar.
 
Ayat namazı haqqında digər suallara buradan cavab tapa bilərsiz. 
 
Qeyd edək ki, Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir.  Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra namaz qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır.
 
Maide.Az 

Google+ WhatsApp ok.ru