Bu gün ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir 27 Avqust 2020 09:28 Ölkə Avqustun 27-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 1607 namizədin iştirakı nəzərdə tutulur. Maide.Az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir! Teqlər : #gün,#ibtidai,#sinif,#müəllimi,#olmaq,#istəyənlər,#imtahan,#verir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avqustun 27-ə olan hava proqnozu Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər başlayır