Bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb - SƏBƏB?

Bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb - SƏBƏB?

Hava şəraitinin küləkli olması səbəbindən bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb.
 
Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib.
 
Onun sözlərinə görə, səhər saatlarında Qazaxdan Bakıya gələn sərnişin qatarı da yarım saat ləngimə ilə Bakıya çatıb:
 
“Ləngiməyə səbəb hava şəraiti olub. Hava küləkli olduqda qatarların sürəti azaldılır. Buna görə də bu gün bütün qatarlar yarım saat ləngimə ilə təhlükəsiz şəraitdə Bakıya çatıblar”. /
 

Google+ WhatsApp ok.ru