Bu şəhər və rayonlarda yaşayanlara 190 manat veriləcək 06 Noyabr 2020 15:17 Ölkə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib. Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır. Teqlər : #şəhər,#və,#rayonlarda,#yaşayanlara,#190,#manat,#veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazirlər Kabineti yanında Operativ Qərargah 10 şəhər və rayonda xüsusi karantin rejimində dəyişikliklər edib 10 şəhər və rayonda 23 noyabradək ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq - RƏSMİ