Bütün polis rəisləri DİN-ə çağırıldı 11 İyul 2014 01:00 Ölkə Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir. Bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıdan duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq. apa Teqlər : #Bütün polis rəisləri DİNə çağırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabiq nazir xəstəxanada Azərbaycanda əhalinin sayı açıqlandı