BQXK ilk yardım yükünü Yəmənə göndərdi

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilk yardım yükünü Yəmənə göndərib.
 
Maide.az-ın məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, bu komitənin təyyarəsi cümə günü öz dərman preparatı yükünü Yəməndə paylamaq məqsədilə Sənaya yola düşüb. 
 
BQXK rəsmilərinin dediklərinə görə, bu yükə 16 ton dərman preparatı və cərrahiyyə əməliyyatı təchizatı şamil olur. 
 
Bu məlumata görə, BQXK-nın dərman, elektrik generatoru və sutəmizləmə cihazlarına şamil 2-ci yük şənbə günü göndərilməlidir. 
 
Çərşənbə günü bu təşkilatın 5 nəfərlik tibb heyətini aparan qayıq Ədənə daxil olub.

Google+ WhatsApp ok.ru