BMT Yəməndə atəşkəsin pozulmasından təəssüfləndi

Maide.az-ın verdiyi məlumata görə, BMT baş katibi Ban Ki Munun sözçüsü Stefan Dujarric bildirib ki, Ban Ki Mun Yəməndə humanist addım olan atəşkəsin reallaşmamasından təəssüflənir. 
 
BMT baş katibinin sözçüsü əlavə edib: "Ərəbistanın Yəmənə hava hücumlarının davam etməsinə baxmayaraq, BMT-yə bağlı humanitar qurumlar bəzi humanitar yardımları Yəmən vətəndaşlarına çatdıra bilmişlər." 
 
BMT cümə gecədən mübarək Ramazan ayının sonuna qədər Yəməndə atəşkəs elan edib. Lakin Ərəbistan qırıcı təyyarələri atəşkəs elan olunduqdan 2 saat sonra Yəmən paytaxtı Səna və Təiz vilayətində bir sıra bölgələri bombardman ediblər və bu hücumlar hələ də davam etməkdədir.

Google+ WhatsApp ok.ru