BMT Səudiyyə Ərəbistanı rejiminin Yəməndə həbsxanaya hücumunu qınayıb 02 Sentyabr 2019 11:51 Yəmən BMT Baş Katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits təcavüzkar Səudiyyə Ərəbistan qüvvələrinin Zamar şəhərində həbsxanaya edilən hava hücumunu qınayıb. Maide.Az "AA"a istinadla xəbər verir ki, M.Qriffits Səudiyyə Ərəbistanın başçılq etdiyi koalisiya qüvvələrinin həbsxanaya hücumunu araşdırmağa çağırıb. Baş verənləri faicə adlandıran BMT nümayəndəsi deyib ki, Yəmən daha gözləyə bilməz. "Dinc sakinlər arasında aclıq və günahsiz qurbanların sayını azaltmaq üçün yeganə yol hərbi əməliyyatların dayandırılmasıdır. Mülki əhali arasında itki miqyası qəbuledilməz həddə çatıb. Yəmən sakinləri dinc gələcəyə layiqdirlər". Qeyd edək ki, təcavüzkar Səudiyyə Ərəbistanı rejim qüvvələri Yəməndə həbsxanaya hücumu nəticəsində 80 nəfər həyatını itirib. Həbsxanada əsasən hərbi əsirlər saxlanılırdı. Teqlər : #BMT,#Səudiyyə,#Ərəbistanı,#rejiminin,#Yəməndə,#həbsxanaya,#hücumunu,#qınayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən qüvvələri Damar vilayətində ABŞ-ın dronunu vurdular İsrail Livana istədiyi vaxt hücum edə bilməyəcəyini anladı - Livanlı millət vəkili
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'