BMT: Səudiyyə Ərəbistan Yəməndə 3799 dinc sakinin qətlində bir başa məsuliyyət daşıyır 25 Avqust 2016 01:00 Yəmən BMT yeni hesabat yayımlayıb və elan edib ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya, Yəməndə 3799 dinc sakinin qətlində və 6711 yəmənli sakinin yaralanmasında birbaşa məsuliyyət daşıyır. Maide.Az xəbər verir ki, hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanının başçılığı ilə ötən ilin mart ayından indiyədək 10 mindən çox yəmənli öldürülüb və milyonlarla insan evlərindən didərgin düşüb. BMT insan haqları ofisi cümə axşamı günü açıqladığı hesabatda bildirib ki, bu qətliamdan başqa Səudiyyə rejimi Yəməndə digər cinayətlərdə törədib və ehtimal olunur beynəlxalq qanunları pozub. BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad əl Hüseyn bəyanat yayaraq Yəməndə insan hüquqlarının aşkar pozulması haqqında beynəlxalq araşdırma aparılmasını istəyib. BMT-nin hesabatında bildirilir ki, insan tələfatının çoxu hava hücumları nəticəsində baş verib. BMT hesabatda Səudiyyə qırıcılarının yaşayış yerlərinə, bazarlara, xəstəxanalara, məktəblərə hücumlar etdiyini bildirib. Araşdırmalar nəticəsində hücum olunan bölgələrdə hərbi obyektlər aşkarlanmayıb. Səudiyyənin məqsədli qətllər törətdiyi, o cümlədən 6 jurnalisti öldürdüyü bildirilib və bu hərəkətlər pislənilib. Teqlər : #BMT: Səudiyyə Ərəbistan Yəməndə 3799 dinc sakinin qətlində bir başa məsuliyyət daşıyır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Ənsarullah` rəsmisi: `Səudiyyənin Yəmənə hücumu İsrailə xidmətdir` Aclıqla üzləşən xalq təcavüzkar Səudiyyə rejimi qarşısında vuruşan oğullarına yardım göndərir - FOTO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'