BMT: ‘Səudiyyə rejimi Yəməni qadağan olunmuş bombalarla vurur’ 03 Sentyabr 2020 16:52 Yəmən BMT hesabatında Səudiyyə rejiminin təcavüzkar koalisiyasının Yəmənin qərbindəki Hudeyda şəhərinə hücumda kasset bombalarından istifadə etdiyini bildirir. Birləşmiş Millətlər Təşkilatı hesabatda Yəməndəki Səudiyyə rejiminin təcavüzkarlar koalisiyasının kasset bombasından istifadəsini kəskin tənqid edib. Kasset bombalarının istifadəsi, 2008-ci ilin kasset bombalarının istifadəsinə dair konvensiyaya görə qadağandır. Səudiyyə rejiminin təcavüzkar koalisiyasının döyüşçüləri bu günə qədər dəfələrlə Yəmən şəhərlərini bombalamaq üçün həmin bombalardan istifadə edir. «Beynəlxalq Amnistiya» bu yaxınlarda Yəməndə partlamamış kasset bombaların mövcudluğunun ölkənin bəzi bölgələrini mina sahələrinə çevirməsi barədə xəbərdarlıq edib. Xatırladaq ki, Səudiyyə rejimi, ABŞ, BƏƏ-nin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə geniş miqyaslı hərbi müdaxiləyə başladı və ölkəni mühasirəyə aldı. Səudiyyə rejiminin və müttəfiqlərinin Yəməndəki təcavüz nəticəsində bu gün ölkədə on minlərlə yəmənli öldürülüb, milyonlarla insan yaşadığı yerdən didərgin düşüb. /deyerler.org / Teqlər : #BMT:,#‘Səudiyyə,#rejimi,#Yəməni,#qadağan,#olunmuş,#bombalarla,#vurur’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə yanacaq da tükənməyə başladı Terrorçular və işğalçılar Yəməndə birgə hərəkət edirlər
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'