Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq 12 Avqust 2014 01:00 İqtisadiyyat Avqustun 12-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, qaz nəqli sistemində payız-qış mövsümünə hazırlıq məqsədi daşıyan təmir işləri ilə əlaqədar iki gün müddətində Yardımlı rayonuna, eləcə də Lerik rayonunun bir hissəsinə, Qazax-Qazıməmməd magistral qaz kəmərində aparılan təmir işləri başa çatanadək Ağstafa rayonu və Tovuz rayonunun, bu gün saat 16-dək isə Goranboy şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq. Teqlər : #Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kreditlə bağlı sensasiyalı təklif İran `Nabukko`ya qoşulur