Binəqədi şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 30 Noyabr 2017 02:00 Ölkə -- Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyədək... Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq. Sürücülərdən bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur. Teqlər : #Binəqədi şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib Bakıda `Asiyanın Qəlbi` konfransı keçirilir