Bazar gününün hava proqnozu: bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

Bazar gününün hava proqnozu: bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

 
Bakı və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz  20-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
 
Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru