Bıçaqla iş axtarmaq....

Bıçaqla iş axtarmaq....

Musavat.com saytında ""Qul bazarı"nda fəhlələrin qanlı davası..." sərlövhəli məqalə oxumaq olar. Yazı iş üstündə fəhlələrin bir-biri ilə dalaşmasıyla bağlı məhkəmə prosesindən bəhs edir.
 
Müəllif yazır ki, həmin hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığındakı "Qul bazarı" deyilən ərazidə baş verib. Gündəlik iş axtarışına çıxan iki fəhlədən biri iş tapıb, amma onu digəri ilə bölüşməkdən imtina edib. Bu imtina da davaya səbəb olub. Fəhlələrdən biri Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
 
Müəllif yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə 12 bıçaq zərbəsi alan zərərçəkən də iştirak edib. O, məhkəmədə başına gələnləri belə anladıb: "Biz "Qul bazarı"nda gündəlik iş axtaran adamlarıq. Söküntü, dağıntı işlərinə gedirdik. Noyabrın 9-da bir iş düşdü və mən də getdim. Sonra Fərman mənə zəng elədi ki, "mənim aparatımla iş görməyə gedirsən. Mənə niyə xəbər eləmirsən? Adam kişi olar". Amma həmin gün Fərman bazarda olmadığına görə mən tək getmişdim. 3 gün sonra, noyabrın 12-də Fərmanla bazarda görüşdük. Eyni söhbət üstündə mübahisə etməyə başladıq…".

Google+ WhatsApp ok.ru