Banklar bu yola da əl atırlar - Diqqətli olun 16 Sentyabr 2016 01:00 Ölkə Bakı sakini Sərxan Baxşəliyevin başına qəribə iş gəlib. O, 3-4 il öncə bankların birindən kredit götürən qohumuna zamin durub. Kredit götürən şəxs həmin krediti vaxtında ödəyib və bitirib. Bir neçə gün öncə isə bankdan Sərxana sürpriz zəng gəlib və bildirilib ki, zamin durduğunuz şəxs borcu ödəmir, ona görə də həmin kredit borcunu siz ödəməlisiniz. Məlum olub ki, qohumu onun xəbəri olmadan yenidən bankdan kredit götürüb. Bank isə Sərxana xəbər verməyib ki, sizi zamin kimi qeyd edirik. Qohumu borcunu ödəyə bilməyəndə isə bankdan zəng vurublar ki, siz zaminsiniz, krediti siz ödəməlisiniz. Bu azmış kimi, iş yerinə məktub yazıblar ki, mühasibatlıq maaşından tutub banka ödəsin. Teqlər : #Banklar bu yola da əl atırlar Diqqətli olun, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın SAPCO şirkəti Bakıda nümayəndəlik açacaq Mövsüm Səmədov aclığı dayandırıb, səhhətində problemlər var