Bakının mərkəzini üfunət bürüdü - FOTO 04 Fevral 2016 02:00 Ölkə Bakının Şıxəli Qurbanov küçəsində kanalizasiya daşıb. Daşan çirkli su metronun "Nizami" stansiyasının qarşısı ilə üzü aşağı axaraq üfunətli mənzərə yaradıb. "Azərsu" ASC-nin Yasamal Rayon Su-Kanal İdarəsindən Milli.Az-a bildiriblər ki, ərazidə kanalizasiya xəttində tıxanma baş verib. Nəticədə su daşaraq ətrafa yayılıb. Hazırda idarənin əməkdaşları qəzanın nəticələrini aradan qaldırmağa çalışırlar. Hələlik problemin nə zaman aradan qaldırılacağı məlum deyil. Teqlər : #Bakının mərkəzini üfunət bürüdü FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və Azərbaycan birlikdə dərman istehsal edəcək Yasamalda ağaclar kökündən çıxarılır FOTO