Bakının bir hissəsində  su problemi yaranacaq

Bakının bir hissəsində su problemi yaranacaq

Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Maide.Az  xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək.

“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” - deyə məlumatda qeyd olunub.

Google+ WhatsApp ok.ru