Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib 25 Aprel 2018 01:00 Ölkə -- “Formula-1`-a görə Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib. Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda xatırladılıb ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb. Teqlər : #Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Taksi sürücülərinin nəzərinə! Sabaha olan hava proqnozu açıqlanıb