Bakıda Sim-kart terminalları quraşdırılacaq 01 Yanvar 2015 02:00 Ölkə Rusiyanın “Terminal Solutions LLC" şirkəti Azərbaycanın mobil rabitə operatorları ilə Sim-kartların satışı üzrə aparatların ("Simkomat") çatdırılması ilə bağlı danışıqlar aparır. Bu barədə Trend-ə şirkətin icraçı direktoru Artyom Subbotin bildirib. Onun sözlərinə görə, danışıqlar hər üç operatorla (Azercell, Bakcell və Azerfon) aparılır. Operatorlarla "simkomat"ların çatdırılması üzrə ilkin razılaşma artıq əldə olunub və ilk çatdırmalara 2015-ci ildə başlanacaq. "Simkomat" Sim-kartların satışının avtomatlaşdırılmasına imkan verir. Müştərinin eyniləşdirilməsi terminala quraşdırılmış kameranın köməyi ilə çəkilmiş pasport və şəkil vasitəsilə həyata keçirilir. Qurğunun iş prinsipi aşağıdakı kimidir. İstifadəçi öz pasportunu skan edir, kamerada şəklini çəkdirir, doldurulmuş müqaviləni əldə edir və sənədi yenidən qurğuda yerləşdirir. Terminal istifadəçinin pasport və müqaviləsini yoxladıqdan sonra o, Sim-kartın dəyərini ödəyir. Bundan sonra aparat kart, müqavilənin abunə variantını və çek təqdim edir. / Teqlər : #Bakıda Simkart terminalları quraşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nikaha daxil olmaq istəyənlərin nəzərinə- Yeni tələb 14 saylı CÇM-də baş verənlərin pərdəarxası