Bakıda avtomobil parklanması ilə bağlı yenilik edilir - Ödəniş nağdsız qaydada olacaq 27 Sentyabr 2018 01:00 Ölkə Bakıda avtomobillərin parklanma haqları nağdsız qaydada həyata keçiriləcək. Maide.Az bildirir ki, Modern.az-ın məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib. Sənəddə göstərilib ki, Bakıda parklanmaya görə ödənişləri rəqəmsal formada aparmaq üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub. O cümlədən mobil tətbiqlərin hazırlanması və istifadəyə verilməsi və bu ödənişlərin nağdsız həyata keçirilməsinin təmin edilməsi nəzərdən keçiriləcək. Avtomobillərin parklanma haqlarının nağdsız qaydada həyata keçirilməsinin əsas icraçısı Bakı Nəqliyyat Agentliyi olacaq. Digər icraçılar isə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Teqlər : #Bakıda avtomobil parklanması ilə bağlı yenilik edilir Ödəniş nağdsız qaydada olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Bakı və Mahaçqala arasında birbaşa aviareys açılacaq