Bakıda ağaclar kəsilir, sakinlər narazıdır - VİDEO 20 İyul 2017 01:00 Xəbərlər Bakıda yaşayış binalarının qarşısında, vətəndaşların istirahəti üçün nəzərdə tutulan yerlərdəki ağacları kəsirlər. Bakı şəhəri, Nəsimi rayonu sakinlərinin baku.ws-yə verdiyi məlumata görə, onların yaşadığı binanın qarşısındakı ağaclar bəzi işbazlar tərəfindən kəsilir. Qeyd olunur ki, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, 22 saylı binanın qarşısında uşaqların istirahəti üçün nəzərdə tutulan kiçik oyun meydançasını sökmək və oradakı ağacları kəsmək istəyirlər. Məlumata görə, həmin ərazidə hündürmərtəbəli bina inşa ediləcək.(baku.ws) Teqlər : #Bakıda ağaclar kəsilir,#sakinlər narazıdır VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəki fermerləri Bakıya şikayətə gəldilər, amma… “Arsenal” klubunun bir neçə futbolçusu qidadan zəhərlənib