Bakıda ‘Zəfər paradı‘ keçirilir 10 Dekabr 2020 13:02 Ölkə Bakıda Zəfər paradı keçirilir. Maide.Az -in məlumatına görə, Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilir. Zəfər paradında həm də bu döyüşlərdə xüsusilə fərqlənən hərbi hissənin döyüş bayraqları nümayiş olunur. Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş gəmiləri, katerləri Xəzərin sahil sularında sıralanıb. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilir. Teqlər : #Bakıda,#‘Zəfər,#paradı‘,#keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan aeroportları yanvarın sonunadək müntəzəm sərnişin reysləri üçün bağlı olacaq Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb