Bəsrəli Ərbəin zəvvarlarının Kərbəlaya hərəkəti başlayıb 04 Oktyabr 2018 01:00 Xəbərlər Milyonların getdiyi İmam Hüseynin (ə) Ərbəin yürüşü İraqın cənubundan başlayıb. Maide.Az “iribnews”a istinadla xəbər verir ki, bu gün İraqın cənub məntəqələrindən Bəsrədən yola düşən Ərbəin zəvvarları Kərbəlaya İmam Hüseynin (ə) əza rəmzi olan qara, qırmızı və yaşıl bayraqları daşıyırlar. 500 kilometrdən çox məsafəni İmam Hüseynin (ə) bayrağını piyada daşıyaraq, Kərbəlaya gedən zəvvarlar, bunu İmam Hüseynə (ə) eşqinə görə etdiyini bildirir. Qeyd edək ki, hər il Səfər ayının 20-inə imam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadətinin 40-cı gününə (Ərbəin gününə) 20 gün qalmış Əhli-beyt (ə) aşiqləri İraqın Bəsrə şəhərindən Kərbəlaya doğru hərəkət edir. Bu arada qeyd edək ki, Ərbəin mərasimi üçün İraqın Kərbəla şəhərində olmaq üçün İraq daxilindən və dünyanın hər yerindən zəvvarlar yola düşməyə başlayıb. Xatırladaq ki, İranın Qırmızı Aypara Cəmiyyəti Ərbəin ziyarəti dövründə zəvvarlara xidmət göstərmək üçün həkimlərə çağırış edib. Könüllü şəkildə zəvvarlara xidmət göstərmək istəyən həkimlər hmciran.net saytına müraciət edə bilərlər. Teqlər : #Bəsrəli Ərbəin zəvvarlarının Kərbəlaya hərəkəti başlayıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2050-ci ildə ən çox əhalisi olacaq ölkələr - SİYAHI Hindistan arakanlı müsəlmanları deportasiya edir