BƏƏ-də neft emalı zavodunda yanğın baş verib 12 Yanvar 2017 02:00 Xəbərlər Birləşmiş Ərəb Əmirliklərində neft emalı zavodunda yanğın baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Abu Dhabi national oil company” (ADNOC) şirkətinin məlumatında bildirilir. Hadisə Əbu-Dabi əmirliyində, Ruvays şəhərində qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir, zərərçəkən yoxdur. “Yanğın yaxınlıqda yaşayan əhali üçün təhlükə kəsb etmir”, məlumatda deyilir. Teqlər : #BƏƏdə neft emalı zavodunda yanğın baş verib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 4 faizlik limitin ləğv olunması manatın xeyrinədir, yoxsa? Gürcüstanda prezidentin kürəkəni güllələnib