Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq 04 Oktyabr 2021 10:34 Xəbərlər Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq. Teqlər : #AzərbaycanGürcüstanTürkiyə,#müdafiə,#nazirlərinin,#üçtərəfli,#görüşü,#olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa İttifaqı Ukraynada hərbi missiya yaratmaq istəyir İmam Əlinin (ə) hərəmi Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadətinə hazırlaşır - FOTO