Azərbaycanda qismən səfərbərlik elan edildi 28 Sentyabr 2020 11:10 Ölkə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin. 2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Teqlər : #Azərbaycanda,#qismən,#səfərbərlik,#elan,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət etdi