Azərbaycanda karantin rejimi 30 sentyabra qədər uzadıldı 29 Avqust 2020 10:28 Ölkə Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb. Maide.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb: Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşmiş, yoluxma hallarının kəskin azalmasına nail olunmuşdur. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilmişdir. Bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınmışdır. Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir. Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir. Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaqdır. Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək: 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək; 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək; 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək; 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək. Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq. Teqlər : #Azərbaycanda,#karantin,#rejimi,#sentyabra,#qədər,#uzadıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə getməməlidirlər - Təhsil eksperti Aşura gününün havası açıqlandı Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb