Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırıldı 30 Aprel 2019 19:54 Ölkə Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb. Trend-in məlumatına görə, bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb. Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib. Nazir əlavə edib ki, qərar mayın 1-dən qüvvəyə minir. Teqlər : #Azərbaycanda,#qazın,#güzəştli,#tariflərlə,#istehlak,#limiti,#artırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahdan avtomobillərdə pərdədən istifadəyə icazə veriləcək Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT