Azərbaycan meşələrində turistlərin hərəkəti üçün xüsusi cığırlar qoyulacaq 23 Fevral 2019 10:31 Ölkə Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə aparılan tədbirlər çərçivəsində meşələrdə turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib. O qeyd edib ki, hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Azərbaycanda meşə fondunun turizm potensialının geniş olduğunu söyləyən S.Salmanov dağ turizminin inkişaf perspektivlərinin olduğunu vurğulayıb. Sektor müdirinin sözlərinə görə, artıq Qusar, Quba, Göygöl, Şəki, Qax, Gədəbəy və Daşkəsəndə turizm marşrutları mövcuddur: "Bu yerlərdə turizm potensialından istifadə olunur. Yeni hazırlanan Milli Meşə Proqramı çərçivəsində isə işlər davam etdiriləcək". Teqlər : #Azərbaycan,#meşələrində,#turistlərin,#hərəkəti,#üçün,#xüsusi,#cığırlar,#qoyulacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək? Sabah Azərbaycanda hava yağmursuz keçəcək