Azərbaycanda `ağır xəstə olan` bankların sayı 2018-ci ildə daha da artacaq

Azərbaycanda `ağır xəstə olan` bankların sayı 2018-ci ildə daha da artacaq

-- hazırda 31 bankdan 10-u ağır durumdadır...

"Exo" qəzetində isə "Azərbaycanda "ağır xəstə olan" bankların sayı 2018-ci ildə daha da artacaq" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif 2017-ci ildə bankların birləşə bilməmələri səbəblərini və birləşmə prosesində üzləşdikləri çətinlikləri bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla şərh edir.
 
"Bazarda durum olduqca ağırdır və bankların konsolidasiyasının guya bankların vəziyyətinin yaxşılaşması səbəbindən baş tutmaması haqda düşüncələr əsassızdır. 2017-ci ildə təkcə Caspian Development Bank "Atabank"la birləşə bildi, bu da ona görə baş tutdu ki, bu bankların sahibi eyni şəxsdir. Odur ki, burada hansısa birləşmə prosesindən danışmaq mümkün deyil". Ə.Həşənov bank sistemində birləşmələrin baş verməməsinin ümumi mənzərəsini yaradır.
 
Ekspert deyir ki, iki problemli bank birləşmək istəyirsə burada söz sahibləri olan şəxslər birləşmə şərtlərini, problemli kreditlər və əmanət axını məsələlərini, birləşmə prosesi üçün məsrəfləri müzakirə edirlər, bu isə sadə proses deyil.
 
"Azərbaycana gəlincə, birinci, başa düşmək lazımdır ki, bizim problemlər o qədər dərindir ki, bankların birləşməsi belə ölkənin bank sektorunun problemlərini həll etmir. İkinci, banklar maliyyə məsələləri səbəbindən birləşə bilmirlər, tutaq ki, bir bankın kredit portfeli 500 milyon manatdır, 200 milyon manatlıq da problemli krediti var. İkinci bankın isə kredit portfeli 300 milyon manat, problemli krediti isə 100 milyon manatdır. Burada artıq üçüncü tərəfin köməyi lazımdır, kim kömək etməlidir? Dövlət, ya da Mərkəzi Bank, özü də bu kömək uzunmüddətli, aşağı faizlə olmalıdır. Bu kömək olmadığı üçün məsələ həllini tapmır".
 
Ə.Həsənov deyir ki, birləşməyə mane olan daha bir səbəb ölkə banklarının təqdim etdikləri maliyyə hesabatlarına etimadsızlığın olmasıdır və maliyyə hesabatları kredit təşkilatlarının real vəziyyətini əks etdirmir: "Belə ki, banklar bilərəkdən problemli kreditlərin real həcmini az göstərirlər, balans hesabları təhrif edilir. Banklardakı maliyyə fırıldaqları gizlədilir. Birləşmə zamanı isə bütün bunlar üzə çıxacağı üçün birləşmə baş tutmur".
 
Ölkədə ağır durumda olan bankların sayına gəlincə, Ə.Həsənov deyir ki, hazırda 31 bankdan 10-u ağır durumdadır, onlar ya birləşməli, ya da ən yaxşısı bazardan getməlidirlər.
 
Ekspert hesab edir ki, bu il "ağır xəstə banklar"ın sayı arta da bilər, belə banklar bank sisteminin durumuna mənfi təsir göstərirlər, ona görə də yerli və xarici əmanətçilər öz vəsaitlərini banklardan çəkirlər.
 
Ə.Həsənova görə, hətta Beynəlxalq Bankın özünü belə bazarda saxlamağın mənası yoxdur, çünki onsuz da mürəkkəb olan vəziyyəti bir qədər də ağırlaşdırır.
 
Ekspert deyir ki, hazrda ölkənin bank sisteminin ən ağrılı yerlərindən biri də bank sistemində peşəkarların az olmasıdır.(contact.az)
 

Google+ WhatsApp ok.ru