Azərbaycanda əlilliyi olan şəxslərin sayı 16 İyun 2017 01:00 Ölkə “Hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır. Bu da ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir”. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilmiş plenar iclasda bildirib. Nazir müavini deyib ki, əlilliyi olan şəxslərə müvafiq təqaüdlər ödənilir, əlilliyi olanların tibbi sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilir. İ. Rəhimov qeyd edib ki, Azərbaycanda 540 min ailəyə ünvanlı sosial yardım ödənilir, habelə 713 min nəfərə sosial müavinət təyin olunub. (apa) / Teqlər : #Azərbaycanda əlilliyi olan şəxslərin sayı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ Miqrasiya Xidməti: Ötən ay 458 əcnəbi inzibati qaydada ölkədən çıxarılıb