Azərbaycanda neçə nəfər cərrahiyyə əməliyyatı olunub?  - STATİSTİKA

Azərbaycanda neçə nəfər cərrahiyyə əməliyyatı olunub? - STATİSTİKA

Dövlət Statistika Komitəsi Azərbaycandakı xəstəliklər və cərrahiyyə əməliyyatlarına dair statistikanı açıqlayıb.
 
Maide.Az bildirir ki, Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, müalicə-profilaktika müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda ola xəstələrin sayı 40 653 nəfərdir:
“Müalicə-profilaktika müəssisələrində xroniki böyrək çatışmazlığı diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 3933 nəfərdir”.
 
Onun sözlərinə görə, ötən il ərzində viruslu hepatit C ilə qeydə alınmış xəstələnənlərin sayı 118 nəfər olub:
“Xəstəxanalarda  239,9 min cərrahiyyə əməliyyatlarının keçirdilməsi qeydə alınıb. Cərrahiyə əməliyyatı edilmiş xəstələrin sayı isə 219,0 min nəfər olub”.
 

 

Google+ WhatsApp ok.ru