Azərbaycandan əmtəə ixracı aşağı həddə düşüb

Azərbaycanda ən aşağı ixrac göstəricisi avqust ayında qeydə alınıb - 741 milyon dollar.
 
Hələlik (28 sentyabr saat 12:00-a olan məlumata görə) Dövlət Gömrük Komitəsi 2015-ci ilin 8 ayı üçün gömrük statistikasını açıqlamayıb. Halbuki, normativ akta görə, bu statistika hesabat dövrü başa çatdıqdan sonra ayın birinci yarısından gec olmayaraq açıqlanmalıdır. Əmtəə ixracının həcmi barədə məlumatı iqtisadçı Rövşən Ağayev özünün Facebook səhifəsində yayıb.
 
Bu il ən yüksək ixrac göstricisi yanvarda qeydə alınıb -  $1 mlrd. 278 mln. 
 
Yanvar-avqust aylarında Azərbaycandan əmtəə ixracının həcmi $8 mlrd. 184 mln. təşkil edib. 2014-cü ilin həmin dövründə ixracdan valyuta daxilolmaları iki dəfə çox - $15 mlrd. 351 mln. təşkil edib. 

Google+ WhatsApp ok.ru