Azərbaycan Mərkəzi Bankı kreditlər üçün komissiya haqlarını məhdudlaşdırıb 30 İyun 2015 01:00 İqtisadiyyat Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib. Bank dairələrindən verilən məlumata görə, bu qərar artıq bu gündən qüvvədədir. Məlumata görə, AMB-nin bu qərarı nəticəsində bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başlanılıb. Xatırladaq ki, son aylarda bir çox kommersiya bankında kreditlərə görə komissiya xərcləri 3-7% civarında olub. Teqlər : #Azərbaycan Mərkəzi Bankı kreditlər üçün komissiya haqlarını məhdudlaşdırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 18 yaşdan yuxarı əhalinin 72,4 faizi banklara borcludur Nazir: Devalvasiya Azərbaycanın maliyyə sektoruna mənfi təsir edib