Azərbaycan 2015-ci ildə nə qədər qızıl istehsal edib?

2015-ci ilin 3 ayında Azərbaycanda 534,6 kq qızıl, 18,6 kq isə gümüş istehsal olunub.  
 
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
 
Komitənin məlumatına görə, aprelin 1-nə olan məlumata görə, hazır qızıl ehtiyatı 23,8 kq, gümüş ehtiyatı isə 3,0 kq-dır.
 
Ümumilikdə qiymətli metal filizləri, konsentratların həcmi isə 2015-ci ilin I rübündə 553,2 kq təşkil edib, aprelin 1-nə olan məlumata görə isə bu göstərici 26,8 kq-dır.

Google+ WhatsApp ok.ru