Azərbaycanda ipoteka kreditləşdirməsi dayanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) 2015-ci ilin mart ayı üçün baza göstəricilərini açıqlayaraq, fevralda ipoteka kreditləşdirməsinin tam dayandığını təsdiqləyib.
 
AİF-in məlumatına əsasən, 2015-ci il martın 5-nə ölkədə 636 milyon 42 min manat məbləğində 15 min 903 ipoteka krediti verilib ki, bu da fevralın 5-nə olan göstəricilərlə eyni olub, abc.az xəbər verir.
 
2015-ci ilin yanvarında bu rəqəm müvafiq olaraq 632 milyon 463 min 540 manat və 15 min 829 kredit, 2014-cü il yanvarın 7-də isə 532 milyon 535 min 800 manat və 13 min 554 kredit olub.
 
Cari ilin fevral ayında heç bir ipoteka krediti verilməyib, yanvar ayında isə 3 milyon 578 min 460 manatlıq 74 kredit verilib. İlk rübdə və ümumilikdə 2015-ci il ərzində analoji ipoteka krediti həcmi qeydə alınıb. 

Google+ WhatsApp ok.ru