Azərbaycanda neft hasilatı dayandırılır

Mərkəzi Azəri platformasında profilaktiki işlərlə bağlı hasilat dayandırılır

Bu gündən etibarən Azəri-Çıraq-Günəşli yataqlar blokunun Mərkəzi Azəri platformasında profilaktiki işlərlə bağlı hasilatı dayandırır.

ANS TV-nin məlumatına görə, bu barədə bp Azərbaycan şirkətinin rəhbəri Qordon Birrel məlumat verib.

İndiyədək bu platformada gündəlik orta hesabla 160 min barrel neft çıxarılırdı. Qurğuda aparılacaq işlərdən sonra hasilatın artması gözlənir.

Platforma ilkin olaraq noyabrın 27-də, tam gücü ilə isə dekabrın 2-də işə düşəcək./

Google+ WhatsApp ok.ru