Azərbaycanda `yaz havası` yenidən qayıdır 22 Oktyabr 2014 01:00 Ölkə Sabah Azərbaycanda havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duçan olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq. Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. / Teqlər : #Azərbaycanda `yaz havası` yenidən qayıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP Səudiyyə Ərəbistanın Bakıdakı səfirliyinə etiraz məktubu verib Siyasi məhbuslarla bağlı işçi qrup bərpa olunur