Azərbaycanın 15-ə yaxın rayonunun qaz təchizatı məhdudlaşdırılır 10 Sentyabr 2014 01:00 İqtisadiyyat Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 15:00-dək Samux və Yasamal rayonlarının, saat 16:00-dək Xızı rayonunun, saat 18:00-dək Mingəçevir şəhərinin, Nizami, Sabunçu, Quba, Göyçay, Cəlilabad, Şəmkir rayonlarının, təmir işləri başa çatanadək isə Nəsimi, Xəzər, Xətai, Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq. Teqlər : #Azərbaycanın 15ə yaxın rayonunun qaz təchizatı məhdudlaşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Muzdla işləyənlərin 22,5 faizi təhsil işçiləridir İşığa görə borcu olanların nəzərinə