Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb 07 Avqust 2014 01:00 İqtisadiyyat Bu ilin II rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1% bahalaşıb. Dövlət Statistika Komitəsindən Maide.az-a verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,1% ucuzlaşma, yol və körpü tikintisində isə 1,4% bahalaşma müşahidə edilib. Bu ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1%, sosial təyinatlı binaların tikintisi üzrə 0,5% ucuzlaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 1,1% bahalaşıb. Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2% bahalaşıb, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2% ucuzlaşıb. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,6 faiz ucuzlaşma müşahidə olunub. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 1,1% bahalaşıb. Rüb ərzində yol tikintisi üzrə qiymətlər 1,6%, körpü tikintisi üzrə qiymətlər isə 0,1% bahalaşıb. Teqlər : #Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda benzinin qiyməti bahalaşdı Ukrayna Azərbaycana Rusiya üzərindən uçmayacaq