Ayətullah Xamenei başsağlığı verib 28 Noyabr 2020 13:47 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Iranın müdafiə və nüvə texnologiyası üzrə alimi Möhsin Fəxrizadənin terror nəticəsində şəhadəti münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Ölkənin müdafiə və nüvə texnologiyası üzrə qabaqcıl alimlərindən olan cənab Möhsin Fəxrizadə cinayətkar muzdlular tərəfindən şəhid edilib. Nadir elmi şəxsiyyətlərdən olan M.Fəxrizadə, öz qiymətli həyatını böyük və davamlı elmi səyləri naminə Allah yolunda qurban vermişdir. Yüksək şəhidlik məqamı onun ilahi mükafatıdır. İki önəmli məsələni məsul şəxslər ciddi yerinə yetirməlidir. Birincisi bu cinayəti araşdırmaq və cinayəti törədənlər və göstəriş verənlərin cəzalandırılması. İkincisi bu şəhidin çalışdığı bütün sahələrdə texniki və elmi səyləri davam etdirilməsi. Mən şəhidin ailəsinə, ölkənin elm adamalarına və müxtəlif sahələrdə olan şagirdlərinə və həmkarlarına onun şəhadətini təbrik və onun yoxluğu münasibətilə başsağlığı verirəm. Uca Yaradandan o mərhum üçün ən yüksək dərəcələri verməsini diləyirəm!" Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei 3 min 500-dən çox məhbusu əfv etdi Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB